25-08-2019 [00:05]
Qoç - cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin.
Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır.
Günün ikinci yarısında mühüm görüş olacaq.
Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil.
Qarşılıqlı münasibətlərə yeni stimullar və ideyalar gətirə biləcək insanları axşam saatlarında evə qonaq dəvət edə bilərsiniz.
Buğa - ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə tapşırıqlar və romantik təmayüllər yaşamınıza rəng qatır. Alış-verişdə hədsiz simiclik etməyin. Fəaliyyət sahəniz üçün gərəkli avadanlıq alın.
Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür.
Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. İşlərin öhdəsindən gəlin, səylə çalışın. Görüşün, bədxahların məkrli niyyətlərinin qarşısını alın.
Axşam saatları aktiv istirahəti seçin.
Əkizlər - aktiv mövqe tutmağınız gərəkdir. Yeni ideyalara diqqətlə yanaşın.
Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın.
Bununla belə, ehtiyatlı olun. Şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin.
İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız.
Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın.
Səhhətinizə fikir verin.
Fiziki işdə xeyir var.
Xərçəng - görülən işlərin nəticələrini təhlil etmək və konkret sonuclara nail olmaq zamanıdır.
Bir işdə müəyyənlik əldə etməyə çalışın. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Əsas məsələ odur ki, seçim vəziyyətinə düşəndə çaş-baş qalmayın və qətiyyətli, fəndgir davranın.
Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür.
Zahiri şərtlər hadisələrin uğurlu inkişafına rəvac verir. Tələsməyin, həmsöhbətinizi diqqətlə dinləyin. Əlavə tapşırıq və ya işdən qaçmayın.
Ev və ailə ilə bağlı qayğıların, problemlərin həllində unutqan olmayın.
Vədlərinizə əməl edin.
Şir - problemlər və qayğıları keçmişdə qoymağa çalışın.
Yeni formada düşünün, tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Yazışmalarda aktiv olun, borcları qaytarın. Günün ortalarına yaxın alacağınız yeni məlumat yaşananlara fərqli prizmadan baxmağa vadar edə bilər.
Sonuclar yeni planların düzəninə təsir edəcək.
Məsləhətlər və məşvərətlərdən uzaq durmayın.
Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Axşam saatlarında ifrat dərəcədə işlərlə məşğul olmayın.
Sevdiyiniz, sizə maraqlı gələn işlərlə məşğul olun.
Qız - bütün diqqətinizi yarımçıq qalmış işlərin başa çatdırılmasına yönəldin. Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın.
Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.
Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın.
Günün ikinci yarısında imici təzələyin. Geyim, ayaqqabı, aksessuar almaq olar.
Səhhətiniz üçün faydalı əməllərdən birini edin.
Tərəzi - fəal olun, praktik işlərə üstünlük verin. Yaşam arealınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Yaşamınızda hansı yeni mövzuların yarandığını araşdırın.
Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər.
Günün ikinci yarısında təşəbbüs qıtlığı olmayacaq.
Lakin real uğurlar əldə etmək üçün yetərincə səbrə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil.
Axşam saatları xoş ünsiyyətli məclisdə istirahət etməyə çalışın.
Əqrəb - uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq, münasibətlərdəki, xüsusilə də uzunmüddətli əlaqələrdəki rolunuzu bir daha dəyərləndirməyə vadar edəcək.
Aktiv olun, hisslərinizi ayırd edin. Bir çox məqamlar və nüanslar aşkarlanır. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız.
Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yenilər, daha faydalıları seçin. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın.
Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın.
Oxatan - sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək və ya hadisələrin bundan sonra da gərəkli istiqamətdə inkişafını təmin etmək üçün əlverişli gündür. Borcları qaytarın.
Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin.
Günün ikinci yarısında işlər çoxdur.
Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir.
Aktivliyinizi qarşılıqlı fəaliyyəti nəzərə alaraq tənzimləyin.
Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın.
Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - işləri qaydaya salın, konkret nəticəyə nail olun.
Bitirilməsi mümkün işi başa vurun. Əhvalınız rəvan və işgüzardır. Bütün fikri işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur.
Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Son vaxtlar oynamalı olduğunuz rolu və ən başlıcası, bu rolun nəyə gərəkdiyini, səbəbini anlamağa çalışın.
Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin.
Dolça - gün yeniliklər və dəyişikliklər vəd edir. Yaşam arealının keyfiyyətinin yüksəldilməsi, başladığınız işin intensivləşdirilməsi ilə məşğul olun.
Eyni zamanda bir neçə layihə ilə məşğul ola bilərsiniz. Dəstək və yeni tərəfdaşlıq istisna deyil.
Görüş, məktub və danışıqlara önəm verin.
Baş çəkmək istədiyiniz yerləri təhlil edin. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin.
Pəhrizə və ya trenajor zalında məşqlərə başlamaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıq - istirahət, sadə və xoşagələn işlər, qonaq qəbulu üçün əlverişli gündür. Zərurət yaranarsa, işgüzar məsələləri də həll etmək olar.
Bir çox məsələləri qeyri-formal şəraitdə çözün.
İstənilən halda həmsöhbətin əhvalına diqqət yetirin. Görüş və müzakirələrdə təmkinli olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər.
Günün ikinci yarısında zahiri görüntülərin xüsusi əhəmiyyəti var.
Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz.
Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir.
Milli.Az
Türkiyədə qazın qiyməti qalxdı - 25 faizə yaxın
Azərbaycan diasporunun rəhbəri Rusiyada küçədə həbs edildi - Yerə yıxaraq... (VİDEO, FOTO)
Bu gün Azərbaycan Polisi yaranmasından 107 il ötür
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - "Azəriqaz" isə şikayətləri "qulaqardı"na vurur
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Arsenal" qapıçı transfer edib
Sabiq prezident fırıldaqla üzləşib - AÇIQLAMA
"Barselona" oyunçusunu icarəyə verib
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor saxlanılıb
Ərdoğan Tatarıstan prezidenti ilə qapalı görüş keçirib - FOTO
Sədr müavini istefa verdi
AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü
CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
Zelenski Əliyevə zəng edib
Əfqanıstanın yeni səfiri Moskvaya gedib
"Sputnik Azərbaycan" işi: saxlanılan şəxslər barəsində qərar verildi
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Sabahdan külək güclənəcək
Prezident yeni cəzaları təsdiqləyib
Sabahdan rayonlara leysan yağacaq
Məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Təkrar sertifikatlaşdırma: 2300-dən çox müəllim işdən çıxarıldı
Kinostudiyasının ərazisində zərərsizləşdirmə aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: ""3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik"
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib