Bakı Nəqliyyat Agentliyi Bakıda baş verən növbəti avtobus qəzası ilə bağlı məlumat yaydı

img

02-08-2019 [13:22]


Bu gün Bakının R.Rüstəmov küçəsində baş verən yol qəzası ilə bağlı  Bakı Nəqliyyat Agentliyi məlumat yaydıb.

Mia.az xəbər verir ki, məlumatda Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən OPEL markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxdığı bildirilib:

"Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR