Mərkəzi Bankın valyuta ehtiyatları artıb

img

01-08-2019 [18:35]


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Mia.az banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları avqustun 1-nə 5 milyard 962,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 23,4 milyon dollar çoxdur.

Ötən ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 625,7 milyon dollar təşkil etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq