“BakuBus”a məxsus sərnişin avtobusları yolda belə ötüşür - Açıqlama + VİDEO

img

10-09-2025 [17:41]


Paytaxtda “BakuBus”a məxsus sərnişin avtobuslarının yolda ötüşməsini əks etdirən görüntülər yayılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobusların Səbail rayonu Salyan şosesində hərəkət etdikləri aydın olur.

Onların sərnişinlər və digər sürücülər üçün təhlükə yaratdığı bildirilir.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılır: “BakuBus” MMC-nin istismarında olan 149 və 72 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların sosial şəbəkələrdə yayılan görüntüləri hazırda qurumun aidiyyəti şöbəsi tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Video: Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq