PLANLANMIŞ SSENARİ, yoxsa YIĞILIB QALMIŞ YÜKLÜ ENERJİ: hansı ölkələri çaxnaşmaya sürüklənir? - TƏHLİL
10-09-2025 [16:19]
Nepalda hökumətin Feysbuk, “X” (Twitter) və Yutub da daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı ölkədə ciddi iğtişaşlara səbəb olub. Hadisələrin miqyası qısa zamanda böyüyüb, etirazların motivi dəyişib və proses nəzarətdən çıxıb. Etirazçılarla polis arasında şiddətli toqquşmalar yaşanıb. Nəticədə 22 nəfərin öldüyü, 500-dən çox insanın xəsarət aldığı bildirilir.
Etirazçılar parlament binasını yandırıb. Nepalın maliyyə naziri Bişnu Prasad Paudel etirazlar zamanı hücuma məruz qalıb. Sabiq baş nazirin həyat yoldaşı isə etirazçılar tərəfindən öldürülüb. Prezident Ram Çandra Paudel və Baş nazir Kxadha Prasad Şarma Oli iğtişaşlar fonunda istefa verib. Onlar ordu tərəfindən Katmandudan təxliyə edilib. Sheetal Niwas hökumət sarayı isə yanğın nəticəsində tamamilə məhv olub.
Nepalda baş verən iğtişaşlar, ilk baxışda lokal xarakterli və sırf daxili səbəblərlə izah oluna biləcək hadisə kimi görünə bilərdi. Amma etirazların motivi, hərəkətverici qüvvəsi və yayılma potensialı bu prosesi daha diqqətəlayiq edir. Yaranmış vəziyyət göstərir ki, söhbət təkcə sosial media məhdudiyyətindən getmir. Bu, uzun müddət yığılıb qalmış sosial, iqtisadi və siyasi narazılıqların üzə çıxmasıdır. Qadağa bu narazılıqları partlatmağa səbəb olan son damla oldu.
Aydın məsələdir ki, Nepal kimi avtoritar və ya yarıavtoritar ölkələrdə inqilablar bir anda baş vermir. Bu cür dərin və sürətli radikallaşma yalnız daxili səbəblərlə izah olunsa da, hadisələrin arxasında “pərdəarxası oyunçular”ın mövcudluğunu istisna deyil. Tarixə nəzər yetirdikdə oxşar ssenarilərlə Qərbin, xüsusilə ABŞ-ın müxtəlif ölkələrə müdaxilə etdiyini görmək mümkündür. “Rəngli inqilablar”, “yumşaq güc” siyasəti və informasiya texnologiyaları üzərindən yönləndirilən gənclər hərəkatları son 20 ildə Qərbin əsas siyasi alətlərindən birinə çevrilib. Ərəb Baharı, Gürcüstandakı Qızılgül İnqilabı, Ukraynada Maydan hərəkatı və digər analoji proseslərdə oxşar modellər müşahidə olunub.
Sosial media vasitəsilə təşkilatlanan gənclər, “azadlıq” və “ədalət” çağırışları ilə küçələrə çıxır, köhnə siyasi elita və quruluşlar tənqid edilir, nəticədə isə siyasi sistem dəyişir. Bu proseslərin əsas aparıcı qüvvəsi “Z nəsli”dir və onların seçilməsi təsadüfi deyil. Bu nəsil texnologiya ilə iç-içə böyüyüb, qlobal dünyagörüşünə malikdir, informasiyanı çox sürətlə istehlak edib paylaşa bilir. Onlar idealizmi, dəyişiklik arzusunu daşıyır və daha çevik təşkilatlana bilirlər. Bu səbəbdən də onların sosial və siyasi yönləndirilməsi, geosiyasi aktorlar üçün olduqca effektiv strategiyadır.
Nepal coğrafi baxımdan diqqətdən kənarda olsa da, əslində Çin və Hindistan kimi regional güclərin ortasında yerləşən həssas nöqtədir. Bu səbəbdən, ölkədəki istənilən narahatlıq regiondakı güc balansına təsir edə bilər. ABŞ və Qərb üçün bu bölgədə təsir imkanlarını genişləndirmək, xüsusilə Çinlə artan rəqabət kontekstində strateji məqsəd ola bilər.
Lakin hesab edirəm ki, Nepaldakı etirazlar sadəcə bir etiraz və ya inqilab deyil. Bu, daha böyük bir planın hissəsidir. Xüsusilə də verilən mesajlar, “Z nəsli”nin əsas qüvvə kimi səhnəyə çıxması, prosesin digər ölkələrə sıçrama ehtimalını artırır. Məsələn, sosial media məzmunu yaradıcısı Subhana Budhathokinin “Z nəsli dayanmayacaq. Bu etiraz təkcə sosial media ilə bağlı deyil. Onlar səsimizi susdurmaq istəyirlər və biz buna imkan verməyəcəyik” fikri çox ciddi mesajdır.
“Z nəsli dayanmayacaq” ifadəsi onların təkcə texnologiyanın içində doğulduğunu deyil, həm də onun vasitəsilə sosial və siyasi dəyişiklik yaratmaq gücünə sahib olduqlarını özündə ehtiva edir. Və bu, yalnız Nepal üçün deyil, bütün dünya üçün ciddi xəbərdarlıqdır.
Məncə, bu hadisə bir test idi. Cəmiyyətin yeni nəsli necə təşkilatlanır, necə qəzəblənir və nə qədər gedə bilər – bütün bu suallara cavab axtarıldı. Və nəticə bəllidir: doğru şərait və emosional impulsla bu nəsil köhnə strukturları silkələmək gücündədir.
“Z nəsli”nin sosial media ilə olan simbiozu, onların emosional və ideoloji yönləndirilməyə açıqlığı, real və köklü narazılıqları hətta sabit görünən sistemləri də sarsıda bilər. Üstəlik, bəzi ölkələrdə bu “şərait” artıq hazırdır. İqtisadi çətinliklər, siyasi gərginlik, güvənsizlik və sosial parçalanmanın olduğu ölkələr buna daha uyğundur. Nepalda yaşananlar məhz bu mənada domino effekti yarada bilər.
Söhbət artıq təkcə sosial media qadağasından getmir, bu nəsil ümumilikdə nəzarəti özünə təhdid kimi görür. “Z nəsli” nə sağa, nə sola, nə də klassik ideoloji sistemlərə tam mənada bağlanır. Özlərini təmsil olunmamış hiss edirlər, öz dilləri və dünyagörüşləri var. Bu isə mövcud rejimlə ziddiyyət yaradır. Bu tendensiyanın özünü göstərdiyi digər önəmli ölkələr isə Türkiyə və İrandır.
Türkiyə bu mənada olduqca həssas ölkədir. Cəmiyyətdə siyasi qütbləşmə, iqtisadi çətinliklər, gənclər arasında gələcəyə inamsızlıq və işsizlik var. Sosial medianın gücü bu vəziyyəti daha da gərginləşdirə bilər.
İranda isə vəziyyət daha dərin və yüklüdür. 2022-ci ildə Məhsa Əmini etirazları göstərdi ki, gənc nəsil, xüsusilə qadınlar və şəhərli gənclər artıq təkcə narazı deyil, həm də qorxmur. Baxmayaraq ki, ölkədə sosial mediaya çıxış sərt şəkildə məhdudlaşdırılıb, VPN-lər və fərdi şəbəkələrlə bu nəsil özünü ifadə etməyi bacarır. Dövlətin rəsmi ideologiyası artıq onların yaşadığı reallığa uyğun gəlmir. Bu ideoloji və sosial uçurum isə etirazlar üçün zəmin yaradır.
Türkiyə və İran fərqli siyasi sistemlərə sahib olsalar da, eyni zəminə malikdirlər. Nəzarətə əsaslanan strukturlar və bu strukturları qəbul etməyən, dəyişiklik arzusunda olan texnologiya yönümlü bir gənclik var. “Z nəsli” artıq yalnız dinləyici olmaq istəmir, yön verən və iştirak edən olmaq istəyir. Bir daha qeyd edirəm: Nepalda baş verənlər bu enerjinin “yoxlaması” idi. Qısası, heç bir ölkə bu təhlükədən sığortalanmayıb.
Turan Rzayev
MİA.AZ
Arda Gülər "Real Madrid"də "Ayın oyunçusu" seçildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaxarova: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşları..."
Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."
Hikmət Hacıyev Abdullah Ereni qəbul edib - FOTO
Rəsmi Moskvadan ABŞ-ın təcili nüvə təliminə reakisya: "...biz də eyni şəkildə hərəkət edəcəyik"
"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Millimiz Moldova ilə heç-heçə edib
Derbinin hakimləri bəlli oldu
Prezident orduya əmr verdi: "İsrailin hücumuna cavab verin!"
Bakıda 66 kq narkotiklə tutulanlar var
Ukraynada daha bir azərbaycanlı həlak olub
Almaniya Kansleri Türkiyədə - Ərdoğan qarşıladı (FOTO)
Derbi həyəcanı: "Fənərbağça" "Beşiktaş"la oyuna bu heyətlə çıxacaq
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var"
Bir qardaşı həbsdə, digəri isə axtarışdadır - Saleh Səmədovla bağlı daha bir xəbər yayıldı
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var" - Sabir Rüstəmxanlıdan qızınn ailəsi haqda açıqlama
Azərbaycan Prezidenti Ermənistanda keçiriləcək sammitə qatılmayacaq
Şirvanda şəhid Cəmil Rəhimov dəfn edilib
"Məmurların hətta xəyanət yoluna düşməsi..." - Eldar Əzizov məmurları topladı, xəbərdarlıq etdi (MÜŞAVİRƏ)
Türkiyənin daha bir nəhəng gölü quruyur - İznik gölündə su 350 metr geri çəkilib (FOTO)
Estoniya xarici işlər naziri Türkiyəyə gedir
İslam Rzayevin bacısı oğlu haqda maraqlı xəbər yayıldı
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısı ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovu nə bağlayır?
Vahid Ələkbərov bu şirkətdəki payını satır
SAXLANILAN İCRA BAŞÇISI KİMDİR: kürəkəni ilə mülk davası edən, yoxsa korrupsioner... (YENİLƏNİB)
Ağdərəyə yeni köç olub
"Şəmkir" klubu 1200 manat cərimələnib
Şəhid Elçin Quliyev dəfn edilib
Sabah hava necə olacaq? - Proqnoz
DTX-nin saxladığı icra başçısının qızı görün kim imiş... - FOTO