Oğuz rayonunda narkotik xassəli bitkilər becərən şəxslər saxlanılıb

img

29-07-2019 [15:23]


Oğuz rayonunda narkotik xassəli bitkilər becərən şəxslər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkar edilib. 

Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin 2 dost, Xocalı rayonu Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən olunub. 

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. İfadələrində həmin narkotik tərkibli bitkiləri öz istifadələri üçün becərdiklərini bildiriblər. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR