Fazil Məmmədov "AtaBank”ın ofisinə gəldi: qardaşı oğlunu qovdu, qardaşı qızına isə vəzifə verdi

img

26-07-2019 [15:56]


Sabiq vergilər naziri Fazil Məmmədova aid "AtaBank” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. 

Bununla bağlı bankda aparılan araşdırmalar situasiyanın ağır olduğunu təsdiqləyib və təcili dəyişikliklərin zəruri olduğunu üzə çıxarıb.

Lakin sabiq nazirin bankda vəziyyəti düzəldəcəyini vəd etsə də, buna heç cür nail ola bilmədiyi xəbər verilirdi.

Mia.az xəbər verir ki, "AzPolitika.info”nun yaydığı məlumata görə, Fazil Məmmədov səhhətindəki ciddi problemlərə baxmayaraq, dünən şəxsən özü "AtaBank”ın baş ofisinə gedib, yerindəcə bankın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub.

Lakin Fazil Məmmədovun yeni təyinatları da hamını təəccübləndirib. Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına sədri, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən Samir adlı şəxsi isə İdarə heyətinin sədr əvəzi təyin edib. 

Eyni zamanda, filiallardan birinin müdiri də sədr müavini təyin olunub. Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev hələ ki vəzifələrində qalsalar da, onların da işdən azad olunacaqları gözlənilir. Hazırda bankda qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 29.06.2025

Bu gün imtahandır