25-07-2019 [21:28]
2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə qanuni ünvanı adlandırılan "Topaz”-da belə demək mümkünsə, əl dəyişikliyi oldu.
Azərbaycanın idman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxardı və yayılan məlumata görə, "Topaz” "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun nəzarətinə keçdi.
"Topaz”da dəyişiklik necə baş tutdu?
"Topaz” əl dəyişəndən sonra şirkətlə bağlı xeyli narazılıqlar yaranıb. Bu barədə bir qədər sonra. Əvvəlcə Cavid Qurbanovun adının "Topaz”la necə hallandığına baxaq.
"Topaz”-da lap yuxarı səviyyədə dəyişikliyə start veriləndə, Azərbaycan mətbuatı Türkiyə mətbuatına istinadən bu məsələyə diqqət ayırmış, Cavid Qurbanovun Azərbaycanın baş dəmiryolçusu olmaqla yanaşı, baş "qumarbaz”ına çevrildiyinin xəbərini vermişdi.
Yayılan məlumatlar arasında o da deyilirdi ki, "Topaz”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.
"Turkcell” öz payını satışa çıxardıqdan sonra "Topaz”ın 51 faizlik səhmi məhz "Baltech Investment LLC”-yə keçib.
51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən "Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub. Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı hallanır. Bu şəxs Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb. Şirkətin məlumatında deyilir ki, "Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur.
Vüsal Aslanovun Cavid Qurbanovun adamı kimi tanınması "Topaz”ın da məhz baş dəmiryolçuya məxsusluğuna əsas yaradır.
Köhnə məntəqələr bağlanılır, yeniləri üçün alver gedir
Azərbaycanda az qala bütün sahələrdə yazılmamış bir qayda var: yeni rəhbərlik gəlirsə, köhnə işçilərin hamısı əşyalarını toplayıb, hər an getməyə hazır olmalıdır. "Topaz” agentlərinin məlumatına görə, dəmiryolçular nəzarəti ələ keçirəndən sonra təkcə şirkətdə çalışanlara yox, "Topaz” məntəqələrinə də hücuma keçib. Elə narazılığın yaranmasının səbəbi də budur. Əvvəlki rəhbərliyin dövründə pul qoyub, "Topaz” məntəqəsi açanlar indi zorla işindən uzaqlaşdırılır, onlara heç bir açıqlama verilmədən məntəqələri bağlanılır.
Məsələn, elə ötən ay Bakının Yasamal və Binəqədi rayonlarında "Topaz” məntəqələrinin fəaliyyətinin dayandırıldığı haqda xəbər yayıldı. Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 19 b ünvanında yerləşən obyektin sahibi Nicat Məmmədli "Minval.az” saytına bildirib ki, "Azərinteltek” QSC-nın məsul şəxsləri heç bir səbəb gətirmədən ona məxsus "Topaz”ın fəaliyyətini dayandırıblar:
"Bizə əlavə heç bir məlumat verilmədi. Sadəcə, terminalı bağladılar və getdilər. Bunun səbəbini soruşsaq da, nəticəsiz qaldı. 54 min manat xərc çəkmişəm. Onlardan heç olmasa, 40 min manat kompensasiya istəyirəm. Obyekti bağlayım, başqa iş görüm. Burada 4 nəfərik, evimizə çörək pulu aparırıq. 7 ildir "Topaz” işlədirəm, heç bir problem olmayıb. Xəbərdarlıq etmədən, birinci, Yasamal rayonundakını bağladılar, sonra isə buranı. Belə özbaşınalıq olmaz axı, dağın başı deyil. Kirayədə qalıram, körpə uşağım var. Heç olmasa, bura çəkdiyim xərci ödəsinlər. Nə tələb ediblər, qanuna uyğun yerinə yetirmişəm. Məntəqə üçün xeyli əşya, aparat almışam. Müqaviləyə əsasən, ödənişlər həyata keçirilib. Nə zaman məntəqə bağlanarsa, pullar geri qaytarılmalıdır. 5 min manata terminal almışam, həm də eyni məbləğə balansa pul qoymuşam. Bizim obyekt bağlanmamışdan öncə, yeni "Topaz” açıldı sonra bizim məntəqə qapadıldı”.
"Azərinteltek” QSC-nın məsul şəxsi Cavidan Məcidov isə məsələ ilə bağlı açıqlamasında bunları deyib: "Biz qarşılıqlı müqavilə bağlayırıq və bu sənəd qanunvericiliklə tənzimlənir. Burada qeyd olunan 30.12.3-cü bəndimizə əsasən, hansısa məntəqənin fəaliyyətinə heç bir səbəb gətirilmədən xitam vermək hüqumuz var. Belə ki, məntəqənin fəaliyyətindən gözlədiyimiz nəticəni əldə etmədiyimiz üçün bu addım atılır. Hər bir agentimizlə müqavilə qarşılıqlı razılaşma ilə imzalanır. Xitamın arxasında həmçinin tamam başqa məsələlər də var. Bunu sizə deyə bilmərəm, hüquq-mühafizə orqanları həmin məsələ ilə məşğul olacaqlar”.
Adlarının açıqlanmasını istəməyən agentlər isə Meydan TV-yə deyirlər ki, Cavid Qurbanovun "Topaz”ı nəzarəti tapşırdığı şəxslər 7-8 il əvvəl özünə məntəqə açmış adamlara hücum edir, onların terminallarını zorla qapadır və əvəzində yenisini açırlar. Açılan hər yeni "Topaz” məntəqəsi isə pul deməkdir. Məntəqə açmaq istəyən şəxs bunun üçün pul ödəyir (bu da çox vaxt təbii ki, qanuni yolla olmur), həmin pullar isə Qurbanovun dəstəsinin cibinə gedir.
Mətbuatla əməkdaşlığı da dayandırıblar
"Topaz”a türkiyəli iş adamlarının nəzarəti dövründə Azərbaycan mətbuatı, xüsusilə də, idman mətbuatı ilə əməkdaşlıq var idi. Özü də bu əməkdaşlıq uzun illər idi ki, davam edirdi. "Topaz” əmsalları idman saytlarında yayımlanır, bunun qarşılığında media qurumlarına müəyyən məbləğ ödənilirdi. İdman saytlarından birinin rəhbərinin verdiyi məlumata görə, Cavid Qurbanovun dəstəsi "Azerinteltek”i ələ keçirəndən sonra atdıqları ilk addımlardan biri də məhz mətbuatla əməkdaşlığa xitam vermək olub. Həm də, "Topaz” məntəqələrini bağladıqları kimi – heç bir açıqlama, izahat vermədən.
Narazı "Topaz”çıların Meydan TV-yə verdiyi məlumata görə, işin Vüsal Aslanova həvalə edilməsinin başqa səbəbi də var:
"Vüsal Aslanov bu işləri daha yaxşı bilir. Vaxtilə "Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. Ona görə də Cavid Qurbanov onu mərc oyunlarına cavabdeh təyin edib”.
38 yaşlı Vüsal Aslanov 2010-2014 illərdə mərc oyunlarına nəzarət edən "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun hər gün bir neçə dəfə "Azərinteltek” QSC-nin baş ofisinə gələrək, işlərin hansı vəziyyətdə olduğunu yoxladığı deyilir.
"Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Vəsilə Abulovanın həm də "Azərreyl” Voleybol Klubunun baş mühasibi olduğu bildirilir.
Vüsal Aslanovla Vəsilə Abdulovanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən də münasibət açıqlanmayıb. Amma qurumun mətbuat xidmətinin açıqlaması əsasında "Hürriyyət” qəzeti təkzib verib.
Mətbuat xidməti "Baltech Investment LLC”nin Cavid Qurbanova aidiyyatı olmadığını bildirir.
"Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib/https://www.aztoday.az/news/45423.html
Yeri gəlmişkən, Cavid Qurbanov və onun digər müavinlərinin az əvvəl Avropadakı biznes şəbəkəsi haqda sensasion sənədli məlumatlar yayılmışdı. Lakin sonradan hansısa "sehirli əl" bu məlumatları saytlardan yoxa çıxardı.
Mia.az olaraq, həmin sənədlərlə bağlı yaxın günlərdə ətraflı araşdırmamızı təqdim edəcəyik.
Mia.az
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Yəmənə hücum etdi: 9 nəfər ölüb, 118 nəfər yaralı var
TRAMPDAN DÜNYANI TƏDİRGİN SALAN MÜHARİBƏ MESAJI: "Baxaq, başlayırıq"
"Beşiktaş" Gökhan Sazdağı ilə rəsmi müqavilə imzalayıb
Rusiya Polşaya PUA buraxmadığını iddia edir: "Müzakirəyə hazırıq"
Abbas Abbasov Rusiyada şirkətdəki payını satıb
Paşinyan: "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"
Qəzzada itki - Son statistika açıqlanıb
Hikmət Hacıyev ABŞ dövlət katibinin müavini ilə görüşüb - FOTO
BNA sabiq sədri yeni vəzifəyə gətirildi - Köhnə komanda toplanır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azəriqaz"ın rəhbərinin səhhəti ilə bağlı xəbər yayıldı - Azər Məmmədov xəstəxanaya yerləşdirilib
Baxçalıdan Ali Koça tam dəstək mesajı - Açıqlamalar
PLANLANMIŞ SSENARİ, yoxsa YIĞILIB QALMIŞ YÜKLÜ ENERJİ: hansı ölkələri çaxnaşmaya sürüklənir? - TƏHLİL
Milli Məclisin komitələri haqqında qanun dəyişir
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
Deputat: "Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılması qadağan olunmalıdır"
"Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" və... - Əli Əsədov yeni qərar imzalayıb
Z nəsli Nepalı yandırır - Televiziya binası oda verildi, işçilər pəncərədən atladılar - FOTOLAR
Ceyhun Bayramov ABŞ rəsmisi görüşdü - Açıqlama
Əli Əsədov bu Agenliyə əlavə səlahiyyət verdi
Kılıcdaroğlu CHP-yə arxadan xəncər saplayır? - Mitinqdən əvvəl asılan plakat böyük maraq doğurdu
Qəzzada acından ölənlərin sayı artıb
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Mikayıl Cabbarov Prezidenti məlumatlandırdı (FOTOLAR)
“Nar” və “YAŞAT” Fondu şəhid övladlarını təbrik etdi - FOTOLAR
MN: "Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub"
Gökhan Sazdağı "Beşiktaş"a keçir
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazıdır
MƏRC HƏVƏSKARLARI NECƏ TORA DÜŞÜR? - "Misli" misli görünməmiş saxtakarlığa "məsuliyyət daşımırıq" cavabı verir, qanun və hüquqşünas isə...
Məşhur fransız hücumçu "Sakaryaspor"a keçib
Rusiyanın Polşaya hücumu NATO-da müzakirə olunacaq
Sabah yağış yağacaq
Pərvin Piriyev baş katib təyin olunub
Nəsimi rayonunda qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş olub - FOTOLAR
Müharibə xofu artdı: "Üçüncü dünya müharibəsi artıq başlayıb” - "Karib dənizində görünməmiş hərbi hərəkətlilik var"
Daha 180 nəfər polis olmaq istəyir - Nazir baxış keçirdi (VİDEO