EYOF: Azərbaycan cüdoçusu finala yüksəlib

img

25-07-2019 [14:58]


Azərbaycan cüdoçusu XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəki məğlub edib. Talıbov qızıl medal uğrunda görüşdə Luigi Centraçio (İtaliya) - Rodriqo Pires (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində Mətin Rzazadə bürünc medal uğrunda görüşdə macarıstanlı Daniel Szegediyə rəqib olub.

Qadın cüdoçu Aytac Qardaşxanlı isə yarımfinalda uduzub. O, finala gedən yolda rusiyalı Kseniya Qalitskayanın müqavimətini qıra bilməyib. Qardaşxanlı bürünc medal görüşündə qüvvəsini sınayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR