Ağcabədidə ağır yol qəzası: 3 nəfər xəsarət alıb

img

24-07-2019 [15:19]


Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Rayon sakini İxtiyar Xudiyevin idarə etdiyi "ZİL-131” markal yük maşını ilə hərəkətdə olarkən, Nazim Quliyevin idarə etdiyi "KİA” markalı avtomobillə toqquşub.

Nəticədə "KİA”-nın sürücüsü və avtomobildə olan 2 qadın sərnişin ağır xəsarət alıb. Yaralılar "təcili yardım" avtomobili ilə Ağcabədi  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR