18-07-2019 [15:01]
Qulu MƏHƏRRƏMLİ
***
Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının son bir həftədə demək olar ki, kütləvi şəkildə paylanmasına da məmləkət əhlinin reaksiyası təxminən belə oldu…
* * *
Əvvəla, onu ərz edək ki, bir əsr əvvəl kəşməkeşli bir zamanda o dövrlərə kimi coğrafi anlayış kimi qavranılan "Azərbaycan” adına siyasi məzmun verib onu tarix səhnəsinə çıxarmış, bu adı dünya ilə bir etmiş və indi də qürur mənbəyimiz olan Cümhuriyyət adına medalın təsis edilməsi çox yaxşıdır, amma onun bir ildən sonra bu cür urvatsız şəkildə paylanması pisdir.
Bu medalın Ramiz Abutalıbov, Firdovsiyyə Əhmədova, Ədalət Tahirzadə, Nəsiman Yaqublu kimi tədqiqatçılara verilməsi çox ədalətlidir, amma Aydın Balayev, Cəmil Həsənli, Nəsib Nəsibli kimi görkəmli tarixçilərin diqqətdən kənarda saxlanması insafsızlıqdır. Mən hələ Cümhuriyyət mövzusunu sovet dönəmindən gündəmə gətirmiş Möhsün Əliyevin, Ziya Bünyadovun, Tadueş Svyataxovskinin xatırlanmamasını demirəm…
Ötən il cəmiyyətimizdə bir coşqu yaratmış "Cümhuriyyət 100” kampaniyasının qəhrəmanlarından biri olmuş, bu tarixə aid sənəd və fotoları bal arısı kimi toplayıb muzey səviyyəsinə qaldırmış tədqiqatçı-publisist Dilqəm Əhmədə bu medal ana südü kimi halaldır, amma adını jurnalist qoyub Cümhuriyyətin nə olduğunu bilməyən, "Rəsulzadə” sözünü işlədəndə dodağı yeddi yerdən çatlayan mürəkkəb xislətli media mənsublarına belə mükafat haramdır.
Qafqaz İslam ordusu və Nuru paşa haqqında maraqlı tədqiqatlar aparmış "Şərq”in redaktoru Akif Aşırlıya yubiley medalının verilməsi doğrudur, amma hərb tariximizin maraqlı bir səhifəsi – Yalama döyüşü haqqında bir çox həqiqətləri araşdırıb bu barədə kitablar yazıb, sənədli film çəkmiş Arif Əliyevin zəhmətinin görməzliyə vurulması açıq qərəzdir. Cümhuriyyəti "Şərqin çağdaşlıq möcüzəsi” kimi tədqiq edən professor Mehman Dəmirlinin, fədakar araşdırmaçı Nəcibə Bağırzadənin yada salınmaması da qərəzdən başqa bir şey deyildir.
Cümhuriyyət dəyərlərini xarici ölkələrdə təbliğ edən diasporun bəzi tanınmış nümayəndələrinin medallandırılması ürəkaçandır, amma uzun illərdir ömrünü, malını və canını bu yolda fəda edən, kitablar yazdırıb, filmlər çəkən Əhməd Obalının"unudulması” qan qaraldandır.
Mən hələ parlamentdəki bəzi "maralların” sinəsinə bu medalın taxılmasının Cümhuriyyət quranların ruhunun birbaşa incidilməsi demək olduğunu yazmıram. Aydındır, parlamentə bu medallar "topdan” verilib və aşağı-yuxarı heç kimə fərq qoyulmayıb, amma hər halda yenə suallar yaranır: necə ola bilir ki, Cümhuriyyət fəlsəfəsini və ideyalarını yorulmadan yayan deputat Fazil Qəzənfəroğlu da bu mükafata layiq görülür, Cümhuriyyətə və onun qurucusu M.Ə.Rəsulzadəyə həqarət edən (və adını bura yazmağı rəva bilmədiyim) vücudlar da? Axı iliyinə kimi Cümhuriyyət düşməni olanlar, onun ideyalarına nifrət edənlər və buna görə də Azərbaycanı ikiyə bölmüş Araz çayı kimi lənətlənən bu adamlar o medalı yaxalarında necə və hansı üzlə gəzdirə bilərlər?
Azərbaycan Cümhuriyyəti əxlaq və mənəviyyat üzərində qurulmuşdu. Qurucu babalarımız onu belə yaradıb və bu dövlət tarixdə də belə qalıb. Ona görə də həmin fenomenlə bağlı hər şey, o cümlədən mükafatlandırma işi də yalnız əxlaqa və mənəviyyata söykəndikdə ədalətli sayıla bilər…
* * *
Dünyanın bir çox dillərində bir işin ilk baxışda görünməyən tərəfi, mənfi cəhəti barədə«bir medalın iki üzü», «medalın görünməyən tərəfi» və s. ifadələr işlədilir. XVI əsrdə Avropada yaranmış bu ifadə din xadimlərinin ikiüzlülüyünə, onların üzdə bir cür, daldada başqa cür olmalarına etiraz kimi meydana çıxıb. 1511-ci ildә həmin etirazın bədii ifadəsi kimi Erazm Rotterdamskinin xristian dini vә Roma papasını әlә salan «Axmaqlığın mәdhi» әsәri nәşr olunub.
Bir müddət sonra xalq etirazının simvollarla ifadəsi mərhələsi başlanıb, din əleyhinə şəkillər çəkilib, ictimai yerlərdə papanın karikaturaları görünməyə başlayıb. Bu formada etirazın zirvəsi daha çox jeton medallarda öz əksini tapıb. Həmin jeton medalların üzәrindә papanın şәkli elə hәkk olunmuşdu ki, medalları tәrsinә tutanda (yuxarı hissәsini aşağı çevirәndә) papanın şәkli deyil, şeytanın surәti görünürdü. Bundan sonra xalq arasında «medalın tərs üzü» ifadəsi populyarlaşmağa və mənfi mənada işlənməyə başlayıb.
Xoşbəxtlikdən hansı tərəfə çevirsən, bizim medalın təsviri olduqca gözəl, müasir dizaynlı və birmənalıdır. Amma hər halda bu gözəlliyin və xoş niyyətin arxasında işləri korlayan bir şeytan gizlənməmiş deyil. Cümhuriyyət medalının belə urvatsız edilməsinin arxasında məhz həmin şeytan dayanır…
Ayna.az
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"Fənərbağça"nın bosniyalı ulduzu: "Çempionluqla bağlı basqılara tab gətirə bilmirəm"
Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
Nigar Rüstəmli yeni vəzifəyə təyin olunub
Milli Məclsin daha bir deputatının mandatına xitam verilir
Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul su problemi təhlükəsindən xilas olub
Bakı Dövlət Universitetinin rektoru illik 94 minlik benzin alır - Xidməti maşını üçün
"Etibar Məmmədov aktiv siyasətə qayıdarsa..." - "İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi"
"Laf TV hakerlərin əlindədir" - Ləman Ələşrəfqızı
Hakkaridə kəndlər terrordan təmizlənib - 29 ilddən sonra kəndlərə geridönüş başlayıb
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov daha bir vəzifəli şəxsi yola saldı (FOTO)
Mərkəzi Bank uşot dərəəsi ilə inflyasiya proqnozunu azaldıb
Dövlət Komitəsində ilginc tender: uşaqların cins seçiminin qarşısının alınması və ya...
Yeni nazirdən daha bir dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Çempionlar Liqası: "Borrusiya Dortmund", yoxsa PSJ?
Kolumbiya ordusundan milyonlarla silah-sursat oğurlanıb - Aralarında raketlər də var
I siniflərə sənəd qəbulu başlayıb - Şərtlər
Azərbaycan nefti ucuzlaşıb
Qəzzada 10 mindən çox insan cəsədi dağıntılar altında qalıb
Parisdə güclü yanğın olub - 3 nəfər ölüb