"Etibar Məmmədov aktiv siyasətə qayıdarsa..." - "İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi"
01-05-2024 [11:29]
Bəlli olduğu kimi, Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.
1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.
İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.
Arif Hacılı Müsavata 2014-cü ildən başqanlıq edir.
Müsavatın nizamnaməsinə görə, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası təşkilatlarının, xüsusi statuslu təşkilatların (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı) sədrləri və nəzarət-təftiş komissiyalarının sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
Partiyanın başqanını, sərbəst Məclis üzvlərini və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qurultay seçir.
Cəmiyyətdə zaman-zaman Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun da partiyanın rəhbər postuna qayıdacağı barədə iddialar səsləndirlir. AMİP funksionerləri dəfələrlə bu mövzuda bildiriblər ki, E.Məmmədovun liderlik statusu sədri vəzifəsindən daha yuxarıdır. Etibar Məmmədovun sədrliyə qayıtması inandırıcı deyil.
Partiyanın qurucusu və uzun illər sədri olmuş Etibar Məmmədovun sədr postundan istefa verməsi ilə AMİP-də yeni dövr başladı. Təbii ki, o zaman AMİP-ə kimin sədr seçiləcəyi ən çox müzakirə olunan məsələlərdən biri idi. Etibar Məmmədovdan sonra AMİP-ə dörd nəfər sədrlik edib.
2005-ci ilin fevral ayında keçirilən qurultayda Əli Əliyev yeni sədr seçildi. Onun AMİP-ə rəhbərliyi uzun sürmədi. 2005-ci ilin dekabr ayında partiya daxilində narazılıq yarandı. 2006-cı ildə keçirilən qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Beləliklə, AMİP-də Əli Əliyev erası da bitib. O sonradan AMİP-dən gedən bir qrup tərəfdarı ilə Vətəndaş və İnkişaf Patiyasını təsis edib. Əli Əliyevdən sonra Ayaz Rüstəmovun AMİP-dəki sədrliyi uzun sürməyib. 2010-cu ildə ADP-nin keçmiş üzvü, sabiq deputat Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. 2015-ci ildə Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verdi. O, istefasına səbəb kimi səhhətində yaranan problemləri göstərib. 2015-ci ilin oktyabr ayından sədr əvəzi Arzuxan Əlizadə təyin edildi. 2020-ci ildə o yenidən AMİP sədri seçildi. Hazırda AMİP-ə Arzuxan Əlizadə sədrlik edir.
Azərbaycan müxalifətinin liderlərindən olan Etibar Məmmədov hələ İsa Qəmbərdən xeyli öncələr partiya sədrliyindən getmiş və digər partiya üzvlərinin, necə deyərlər, yolunu açmışdı. Və aradan keçən uzun müddətdə AMİP-ə qeyd etdiyimiz kimi, 4 şəxs sədrlik edə bildi.
Bəs Etibar Məmmədovun da qarşıdakı dövrdə AMİP sədrliyinə geri dönüşü mümkünmü, gözləniləndirmi? AMİP üzvləri bunu istəyirmi?
AMİP-in qurucu lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi, heç başqanlıq kabinetini də tərk etməmişdi: "Rəsmi olaraq başqan Arif Hacılı olsa da, faktiki olaraq son 10 ildə də partiyaya rəhbərliyi İsa Qəmbərin özü həyata keçirdi. Partiyanın siyasi kursu da, qərarların qəbulu da onun iradəsindən bilavasitə asılı idi. Müsavatdakı başqanlıq yerdəyişməsi Vladimir Putinlə Dmitri Medvedyevin baş nazir və prezident yerdəyişməsinə bənzədi. Hər bir siyasətçinin idmançı kimi formada olduğu, özünün nüfuzunun kulminasiya nöqtəsinə çatdığı dövr olur. O dövrdən sonra yenidən öz nüfuzunu və gücünü qaytarmaq hər siyasətçiyə nəsib olmur. Məncə, İsa Qəmbər gənc siyasətçilərə meydan versəydi, bəlkə də Müsavat Partiyasının fəaliyyətində ciddi dəyişikliklər baş verə bilərdi. Lakin onun başqanlığa yenidən qayıtmasının yeni dönəm üçün faydalı olacağını düşünmürəm. Azərbaycanda zatən gənc siyasi liderlərin yetişməsində və perspektivli fəaliyyət göstərməsində nə mexanizm mövcuddur, nə münbit şərait var. Ölkədəki partiyalar xarizmatik liderin ətrafında formalaşdığından, həmin lider funksional idarəçilikdən çəkilən kimi partiyalarda gərginliklər və ciddi təlatümlər baş verir. Etiraf edirəm ki, Etibar Məmmədovun sədrlikdən getməsi AMİP-də itkisiz ötüşmədi. Etibar bəyin gedişindən sonra müəyyən problemlər yaşandı. Hazırda da aradan 20 il vaxt ötməsinə baxmayaraq Etibar Məmmədovun yeri və önəmi həmişə çox ciddi şəkildə görünməkdədir”.
Əli Orucov vurğuladı ki, bu baxımdan təkcə AMİP-də yox, ümumilikdə cəmiyyətdə Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmasını istəyənlər kifayət qədərdir. Hətta bu istək tələb şəklində zamanında ortaya qoyulub: “Etibar Məmmədovun fəal siyasətə qayıtması təbii ki, öz iradəsinə və şəxsi qərarına bağlıdır. Lakin hesab edirəm ki, xalq indiki həssas və tarixi dönəmdə Etibar bəyin zəngin təcrübəsindən və istedadından bəhrənilməsi üçün onun aktiv siyasətdə olmasını tələb etməlidir. İnanıram ki, belə bir tələb olacaq. Bu zaman Etibar Məmmədov aktiv siyasətə qayıdarsa, AMİP sədri kimi qayıdıb-qayıtmayacağı onun öz istəyinə bağlı olacaq. AMİP üzvləri onun qayıdışını hər zaman istəyirlər”.
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
İlham Əliyev Münxendə panel iclasda iştirak edir - CANLI YAYIM
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR