Yeni Zelandiyada iki təyyarə toqquşub, ölənlər var

img

16-06-2019 [12:58]


Yeni Zelandiyada yüngülmühərrikli iki təyyarə toqquşub.

Bu barədə ölkənin hüquq-mühafizə orqanlarının saytı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Masterton səmasında baş verib. Qəza zamanı 2 nəfər ölüb. Hadisə nəticəsində hər iki təyyarə alova bürünüb.

Məlumatda qeyd edilir ki, hadisə yerinə güc strukturlarının qüvvələri göndərilib, qəzanın baş verdiyi əraziyə aparan yollar bağlanıb. Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsinin və Nəqliyyat Hadisələrinin Araşdırılması Komissiyasının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırmaq üçün əraziyə cəlb ediliblər/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA