Bakıda 7 maşın toqquşdu, ikisi aşdı - VİDEO

img

10-06-2019 [16:23]


Bakıda bir müddət əvvəl baş vermiş dəhşətli qəzanın görüntüləri təhlükəsiz şəhər kameralarına düşüb. 

Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranır.

Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn VAZ 21 99 markalı maşın çırpılır. Eyni anda 7 avtomobil zərbənin nəticəsində bir-birinə dəyir. Onlarda ikisi aşır.

Bu cür qəzalara səbəb sürücülərin vəziyyəti düzgün qiymətləndirməməsi, ara məsafəsi və sürət həddinin qorunmamamsıdır. Həmçinin tələsərək digərinin yoluna çıxmaq da analoji qəzaların əsas səbəbidir. 

Avtosfer.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA