Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu

img

16-02-2026 [00:53]


Türkiyə liqasında futbolçular arasında əlbəyaxa dava düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Regional Həvəskarlar Liqasının 4-cü Qrupunda "Merzifonspor"la "Bartınspor" arasındakı oyundan sonra oyunçular arasında mübahisə davaya çevrilib.

Məlumata görə, Amasya təmsilçisi "Merzifonspor"un evdə "Bartınspor"a 1-0 hesabı ilə məğlub olması futbolçuları daha da qəzəbləndirib: "Matçdan sonra oyunçular arasında mübahisə davaya çevrilib. Təpik və yumruqların havada uçuşduğu əlbəyaxa davada "Bartınspor"un üç oyunçusu ağır zərbələr alıb".

Məlumata görə, hər iki komandanın oyunçuları və məşqçi heyətinin qatıldığı davanı polis çətinliklə sakitləşdirib: "Davada "Bartınspor"un kapitanı Emre Yüksektepe üz və başından aldığı zərbələrlə qan içində qalıb. O, plis müşaiyətiylə   xəstəxanaya aparılıb".

Fərid ASLAN

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA