Keçmiş müdafiə naziri yeni siyasi hərəkat yaradır

img

10-06-2019 [14:11]


Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili yeni siyasi hərəkat yaradır.

O, bu barədə özünün "Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Siyasi təşkilatın təqdimat mərasimi sabah keçiriləcək. Hərəkatda siyasi arenada tanınmış şəxslər və təcrübəli siyasətçilər təmsil olunacaq.

Təşkilatın adı təqdimat zamanı açıqlanacaq.

Qeyd edək ki, İ.Okruaşvili Gürcüstanda müxtəlif yüksək dövlət vəzifələrində çalışıb. O, 2004-2006-cı illərdə müdafiə naziri olub, istefa verəndən sonra 2006-cı ilin noyabrında bir həftə iqtisadi inkişaf naziri vəzifəsini yerinə yetirib.

Qonşu ölkədə 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar artıq bir neçə yeni siyasi təşkilat təsis olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA