Türkiyə ilə Səudiyyə arasında münasibətlər istiləşir - Ərdoğan Krala zəng etdi

img

06-06-2019 [20:08]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz arasında telefon danışığı baş tutub.

Mia.az xəbər verir ki, Ərdoğan Səudiyyə kralını Ramazan bayramı münasibətilə təbrik edib.

Telefon danışığı zamanı gündəmdə olan aktual məsələlər müzakirə olunub.

Səudiyyə kralı Ərdoğana İƏT sədrliyi dövründə göstərdiyi səylərlə bağlı təşəkkür edib.

Xatırladaq ki, son iki ildə bölgədəki vəziyyətlə bağl iki ölkə arasında münasibətlər kəskinləşmişdi. Jurnalist Camal Xaşuqcinin Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə öldürülməsi isə tərəflər arasındakı münasibətləri daha da pisləşdirmişdi.

İndisə Ərdoğanın Krala gözlənilməz zənginin münasibətlərin tədricən qaydaya düşəcəyi istiqamətində şərhləri artırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA