Bakıda hədə-qorxu ilə qadının 25 minini alan iki nəfər tutuldu

img

29-05-2019 [12:00]


Bakıda qadına hədə-qorxu gələrək 25 min manatını alan şəxslər "iş başında" yaxalanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

Müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA