Bakıda maşın marketə çırpılıb, xəsarət alanlar var

img

28-05-2019 [23:50]


Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, sürücü, 1961-ci il təvəllüdlü Qurbanov Ziyafət Yaqub oğlunun idarə etdiyi avtomobil hərbi şəhərcik ərazisində marketə çırpılıb.

Hadisə nəticəsində iki nəfər – 1970-ci il təvəllüdlü Nəsirov Müşfiq Saməddin oğlu (qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi – red ) və sürücü - Qurbanov Ziyafət Yaqub oğlu (qapalı kəllə-beyin travması -red) xəsarətləri alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR