Tramp İraqla bağlı fövqəladə vəziyyət rejiminin müddətini artırdı: "Təhdid var"

img

20-05-2019 [21:41]


ABŞ prezidenti Donald Tramp İraqla bağlı fövqəladə vəziyyət rejiminin müddətini artırıb.

Bu barədə Ağ Evin saytında bildirilir.

"İraqın nizama salınmış bərpası, ölkədə sülh və təhlükəsizliyin bərpası və saxlanılması, həmçinin İraqda siyasi, inzibati və iqtisadi institutların inkişafı yolunda maneə əvvəlki kimi ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə təhdid edir", - deyə Trampın Konqresə ünvanladığı məktubun mətnində deyilir.

ABŞ-ın İraqla bağlı fövqəladə vəziyyət rejimi 2003-cü ildə tətbiq olunub.

Daha əvvəl Donald Tramp İraqa hərbi dəstək qarşılığında ABŞ-a neft verilməsini təklif edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA