Gürcüstanda mədənçilərin tətili bərpa olunub

img

17-05-2019 [10:53]


Gürcüstanın Çiatura şəhərində mədənçilərin ötən gündən elan etdikləri tətil davam edir.

"Report”un yerli bürosu xəbər verir ki, mədənçilər "Gürcüstan manqanı” şirkətinin ofisi qarşısında toplaşıblar.

Şirkət rəhbərliyi ilə ötən gün aparılan danışıqlar hələ heç bir nəticə verməyib. Bu gün tərəflər arasında növbəti görüşün keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, mədənçilər əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA