Putin atası haqda danışdı: "Ayağında qəlpə ilə dünyadan köçüb getdi..."

img

12-05-2019 [22:02]


"Mənim atamı götürək, 45-ci ildə Qırmızı Meydandan necə keçə bilərdi? Heç cür. O, bütün həyatı boyu axsadı və ayağında qəlpə ilə dünyadan köçüb getdi. Belə insanlar Qələbə paradında Qırmızı Meydandan keçə bilərdi? Yox. Ancaq məhz onlar, sadə əsgərlər qələbəyə nail olublar".

Bu sözləri "Ölümsüz alay” aksiyalarının əhəmiyyəti ilə bağlı danışarkən Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin ilk dəfə əlində atasının portreti ilə aksiyalarda iştirakının onda oyatdığı təəssüratdan danışıb:

"Bilirsiz nə düşündüm? O, bunu edə bilmədi, mən isə heç olmasa, onun portretini daşıdım. O, buna layiqdi. Mənə elə gəlir ki, minlərlə, yüz minlərlə insan öz yaxınlarının portretləri ilə gedəndə məhz bu barədə düşünürlər”.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA