Qazaxıstan xüsusi xidmət orqanları Suriyada xüsusi əməliyyatda - VİDEO

img

10-05-2019 [16:24]


Qazaxıstan xüsusi xidmət orqanlarının gördüyü tədbirlər nəticəsində mayın 7-9-da əksəriyyəti qadın və uşaqlar olmaqla Qazaxıstan vətəndaşlarının növbəti qrupunun Suriyadan ölkəyə gətirilməsi təmin edilib.

Öz miqyasına görə bənzəri olmayan xüsusi əməliyyat nəticəsində Suriyadan 59 qadın və 156 uşaq, o cümlədən 18 yetim uşaq evakuasiya olunub. Bir neçə uşaq hərbi əməliyyatlar zamanı yaralandıqları üçün ölkəyə ağır vəziyyətdə çatdırılıblar.

Əməliyyat nəticəsində beynəlxalq terror təşkilatının 16 iştirakçısı həbs olunaraq Qazaxıstana gətirilib.

Xüsusi əməliyyatın kod adı "Jusan-2” olub. Qazaxıstan vətəndaşlarını gətirən təyyarə mayın 9-da saat 05:20-də Aktau hava limanında yerə enib. Burada onları xüsusi təyinatlılar qarşılayıb. Ağır vəziyyətdə olanlar xərəklə xəstəxanaya, terrorçular istintaq təcridxanasına, digər şəxslər isə reabilitasiya mərkəzinə aparılıblar/Teleqraf.com.

Xüsusi əməliyyat zamanı çəkilən unikal kadrları təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA