Ərdoğan İstanbulda təkrar seçkiyə belə izah verdi: "Onlar cəzalanmalıdır"

img

09-05-2019 [23:41]


Türkiyə prezidenti Ərdoğan İstanbulda 23 iyunda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı etirazlara reaksiya verib.

Mia.az xəbər verir ki. o,  31 mart seçkilərində lideri olduğu partiyanın xalqdan 51,7 faiz səs aldığını deyib: "Bəli, xalq bizim yanımızda, "Cumhur İttifaqı"nın yanında yer aldı. Hər seçki kimi, 31 mart seçkisində də qazanılan və itirilən yerlər oldu.

AKP olaraq biz daha çox digər partiyaların nəzarətində olan şəhər, rayon və qəsəbələrdə bələdiyyə sədrləri postlarını qazandıq.  İtirdiyimiz şəhərlər də oldu. Lakin İstanbulda fərqli durumla üz-üzə qaldıq. İstanbulun 39 rayonundan 25-ni qazanmağımıza baxmayaraq, İstanbul Böyükşəhər Bələdiyyəsində ilk mərhələdə 28 min səslə uduzduğumuz elan edildi. Etirazlardan sonra bu fərq 13 mindən aşağı düşdü. İndi bütün bunlar saxtakarlıq deyilmi?".

Ərdoğan dedyib ki, əgər bunlar olmasaydı, CHP-nin namizədi 1 səslə belə qalib gəlsəydi, nəticəni qəbul edəcəkdilər: "Bəli, o zaman gözümüz, başımız üstə qəbul edərdik. Lakin bu seçkidə hər cür saxtakarlıq halları üzə çıxdı. Ona görə seçkinin yenilənməsi normaldır, düzdür".

Ərdoğan sonda deyib ki, saxtakarlıq olan seçki dairələrininn bütün sədrləri haqda şikayət edəcəklər: "Onlar cəzalanmalıdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA