AKP üzvü olan PA rəsmisindən "Qalatasaray" şok ittiham: "Futbolçularının çoxu FETÖ üzvüdür!"

img

09-05-2019 [11:58]


"Qalatasaray"ın 23 iyun bələdiyyə seçkisində Əkrəm imamoğluna dəstək bəyanatı verməsi Türkiyə Prezident Administrasiyasının Hüquq Siyasəti şöbəsinin üzvü Burhan Kuzu tərəfindən olduqca sərt və heyrət doğuran ittihamla üzləşib.

Mia.az xəbər verir ki, o,  "Twitter" hesabında yazıb ki, "FETÖ"cü futbolçuların çoxu "Qalatasaraylı"dır: "Zamanında Hakan Şükürü qoruyan bu klub üzvləri bu gün İmamoğluna tərif deyir. "Qalatasaray"ın liseyli və elit tayfası Türkiyənin siyasi gələcəyinə qərar verə bilməz. "Qalatasaray"ın stadionunu Ərdoğan tikdirdi. Öncə ona təşəkkür etmək lazımdır".

Kuzu yazıb ki, etirazı klubun tərəfdarlarına deyil: ""Qalatasaray" ölkəmizin  ən gözəl komandalarından biridir, ancaq klubun İdarə Heyətində belə siyasi müzakirə aparılması, eyni zamanda, Ərdoğana düşmənçilik qəbul edilə bilməz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA