CHP lideri: "Heç kim narahat olmasın" - Ərdoğan namizədini müəyyənləşdirdi, bəs Kılıçdaroğlu?

img

07-05-2019 [15:01]


CHP YSK-nın İstanbuldakı təkrar seçki qərarına öz münasibətini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu YSK-nın qərarını çox sərt şəkildə qınayıb.

O, "İmamoğlunun haqqının yeyildiyi"ni deyərək, YSK-nın qərar verən üzvlərini tənqid edib, onları haqq qəsb edən şəxslər adlandırıb.

Daha sonra CHP lideri deyib ki, hər şey çox gözəl olacaq: "Heç kim narahat olmasın. Hər şeyə rəğmən, bu ölkəyə demokratiya gətirəcəyik. Biz qalib gələcəyik".

CHP lideri daha sonra İmamoğlunun fəaliyyətini təhlil edib, onu təqdir edib və yenidən onun namizədliyi ilə seçkiyə qatılacaqlarını bəyan edib.

Xatırladaq ki, Ərdoğan AKP-nin İstanbul seçkisinə yenə Binəli Yıldırmla qatılacağını bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA