Ərdoğandan İstanbuldakı seçki qalmaqalına ilk reaksiya: "Biz bu seçkini qazanacağıq"

img

07-05-2019 [13:19]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 martda İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin ləğv edilməsi və yeni seçki qərarına münasibətini açıqlayıb.

Mia.az xəbər verir ki, o, partiyadaşlarının qarşısında çıxış edərkən deyib ki, 31 martdan sonra ləğv edilən etibarsız bülletenlərin sayılması zamanı fərqin azalması onları ciddi şübhələndirib: "Aradakı fərq yarıbayarı olsaydı, məsələ bu yerə qədər gəlməzdi. İndi 15 min seçicinin hüququnun qəsb edilməsinə necə baxa bilərik?".

Ərdoğan deyib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də keçiriləcək təkrar seçkiyə ciddi hazırlaşacaqlar: "Biz bu seçkini qazanmağa çalışacağıq”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA