İmamoğlundan təkrar seçki qərarına ilk təpki: "Ümidinizi heç itirməyin, biriləri xəta edəcək, biz isə..."

img

06-05-2019 [21:53]


YSK-nın (MSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğv və  iyunun 23-nə təkrar seçki təyin etməsinə martın 31-də keçirilmiş seçkidə İstanbul şəhər bələdiyyəsinin sədri seçilmiş CHP-li Əkrəm İmamoğlundan reaksiya gecikməyib.

Mia.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında qərara münasibət bildirməzdən əvvəl xalqın Ramazan bayramını təbrik edib və gündəmdə xeyli mövzuların olduğunu yazıb: "Bu Ramazan Türkiyəyə xeyirlər gətirsin. Ölkənin ciddi iqtisadi sıxıntıları var. İşsizlik var. Bunları birlikdə aşacaq, dəf edəcəyik. İndi hamı mənimlə bağlı qərarla maraqlanır. YSK-nın rəsmi açıqlamasını, onun detallarını gözləyirəm. O zaman düşüncələrimi daha ətraflı bəyan edəcəm".

İmamoğlu bildirib ki, hər şey çox gözəl olacaq: "Ümidinizi heç itirməyin. Biriləri xəta edəcək, pis işlərə qarışacaqlar, ancaq biz ümidi daşıyacağıq".

Xatırladaq ki, YSK-nın qərarına əsasən, İstanbul bələdiyyəsinə iyunun 23-də təkrar seçki keçiriləcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA