Türkiyə ordusu Suriyada yeni əməliyyata başladı: ASO bir kəndi azad etdi

img

04-05-2019 [19:34]


Türkiyə ordusunun Suriyada dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Tel-Rifat bölgəsində PKK/YPG/PYD terror qrupuna qarşı yeni əməliyyata başlayıb.

Mia.az TRT-yə istinadən xəbər verir ki, bu dəqiqələrdə ASO PYD/YPG-nin nəzarətində olan Maaranaz kəndini azad edib. 30-ya yaxın terrorçunun məhv edildiyi açıqlanıb.

Digər kəndlərin təmizlənməsi istiqamətində əməliyyat davam edir.

Bildirilir ki, əməliyyata türk ordusu top və tank atəşləri ilə dəstək verir.

Məlumatda o da qeyd olunur ki, türk ordusu Tel-Rifata doğru qaçan terrorçuları top atəşləri ilə məhv edir.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl məhz azad olunan Maaranaz kəndindən PKK türk əsgərlərinə raket atmışdı. Nəticədə bir əsgər şəhid olmuşdu, 3-ü yaralanmışdı.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA