24-04-2019 [00:31]
Qoç - işləri yarımçıq qoymayın. Situasiyanın təfərrüatlarını aydınlaşdırın. Rəqibləri geridə qoymaq üçün sürətli, çevik və qıvraq olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz.
Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Diqqətli olun. Fikriniz ikinci dərəcəli məqamlara dağılmasın. Şübhələr fəaliyyətinizə dağıdıcı təsir etməməlidir.
Axşam saatlarını yaxınlarınıza həsr edin. Növbəti səddi dəf etməyə hazırlaşın.
Buğa - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız.
Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.
Kənardan təzyiqlərə boyun əyməyin.
Əkizlər - mühüm işlərdə bilavasitə iştirak edin. Maraqsız təsir bağışlayan prosesdən kənarlaşın, fəaliyyət istiqamətini dəyişin. Aktivlik əhvalınızdan asılıdır.
Ümumi fon əlverişli təsir bağışlasa da, strateji səhvlər istisna deyil. Bu səbəbdən də sayıq davranın.
Günün ikinci yarısında yanlışlığa yol verməmək üçün hadisələrin zahiri təzahür formalarına aldanaraq məzmunu diqqətdən qaçırmayın. Mövqelərinizi möhkəmləndirin, dayaqları zəiflədə biləcək addımlar atmayın.
Tərəfdaşlarla birgə fəaliyyətin yeni nüanslarını gündəmə gətirin.
Xərçəng - günün ilk yarısından etibarən fəaliyyət rejimi vəziyyətdən asılıdır. Formalaşan şəraitin nüanslarını nəzərdən qaçırmayın. Yeni təəssüratlara, maraqlı ünsiyyətə, variantların müqayisəsinə ehtiyac duyulur. Başqalarının işlərinin və problemlərinin müzakirəsinə qatılmayın.
Günün ikinci yarısında bilavasitə səlahiyyət dairənizdəki işlərlə məşğul olun. Sirr təsiri bağışlayan məqam sizi maraqlandıra bilər. Gərəksiz informasiyalar, uyğunsuz təklifləri özünüzdən uzaqlaşdırın. İnformasiya zibili, gerçəkdən də, qiymətli məlumatların əldə olunması istiqamətində problemlər yarada bilər.
Şayiələrə aldanmayın. Dedi-qodu daşıyıcısına çevrilməyin.
Şir - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır.
Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.
Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.
Qız - istənilən işin effektiviliyi sizin şübhə səviyyənizdən asılıdır. Bir variantı seçin, onu reallaşdırmaq üçün bütün imkanlardan yararlanın. Sizin haqqınızda kimin nə fikirləşəcəyini uzun müddət təhlil etməyin. Səhv edə bilərsiniz.
Başqalarının mövqeləri ilə hesablaşın, deyilənləri nəzərə alın. Amma fəaliyyətinizi onların nə deyəcəyini düşünərək korrektə etməyin.
Günün ikinci yarısında başlamaq istədiyiniz yeni layihə yeknəsəklik içində itib-bata bilər. Sonucsuz müzakirələrə və boğazdan yuxarı etirafların səsləndiyi söhbətlərə qatılmayın.
Sonu görünməyən danışıqlardan qurtulmaq üçün durumu dəyişin.
Maraqlarınızı təmin edin.
Tərəzi - günün ilk yarısından etibarən işlərinizdə ciddi maneələr və sədlər yaranmayacaq. Həlli mümkünsüz təsir bağışlayan problemlər yoxdur. Qərarların bir çoxunu intuitiv qəbul etməlisiniz. Sakit olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət yoxdur.
Günün ikinci yarısında əsəbləşsəniz, situasiyanı ayıq dəyərləndirə bilməyəcəksiniz. Yanlış qərar və səhv addım riski artır. Bütün diqqətinizi bir istiqamətə yönəltməyin. Əlavə sahələrlə maraqlanın, bilik və məlumatlarınızı artırın.
Axşam saatlarına yaxın xoş xəbər alacaqsınız.
Əqrəb - cari işlərdə ləngimələrə yol verməyin. Təşəbbüskar olun, situasiya sizə qərarlarınızı və addımlarınızı diqtə etməməlidir.
Təəssüratlarınız bol, əsəbləriniz tarımdırsa, sakitləşin. Təmkinli olsanız, daha ciddi uğurlara nail ola bilərsiniz. Təmasları aktivləşdirin, müzakirələrdə passiv tərəf olmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Suallarınıza cavab arayın. Yeni işə bütün diqqətinizi yönəltməyiniz ailə üzvlərinin narazılığına səbəb ola bilər. Onların tələblərini qulaqardına vurmayın.
Oxatan - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın.
Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.
Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə çalışın, irəliləyişlərə nail olun.
Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.
Günün ikinci yarısında önəmli məsələ ilə bağlı qərar verməyə tələsməyin. İnformasiya axtarışı və məlumat arayışı intensiv olmalıdır. Vaxtınızı boşuna xərcləməyin. İşlədiyiniz yerdə rəhbərliklə nə qədər az təmasda olsanız, bir o qədər yaxşıdır.
Dolça - günün ilk yarısındakı proseslərdə harmoniya müşahidə olunur. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Nə ilə məşğul olacağınızı bilmirsinizsə, intuisiyanıza güvənin. Sevdiyiniz işlə məşğul olun.
Günün ikinci yarısında seçim zərurəti yaranacaq. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.
Axmaq adamlardan uzaq durun.
Balıqlar - problemlərin birmənalı həllərini arayırsınızsa, məhsuldar zaman deyil. Yaşanan situasiyalar qarışıqdır. Etibarsızlıq, nigaranlıq hissləri yarana bilər. Belə şəraitdə səhvlər, qəribə qərarlar riski artır.
Günün ikinci yarısında seçim etməyə tələsməyin. Daşınmaz əmlak, maliyyə məsələləri, iş qrafiki ilə bağlı qərar qəbulunda hisslərə aldanmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərməyin.
Axşam saatlarında gəzintiyə yollanın (Milli.az).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə