19-04-2019 [14:55]
"Dünyanın bir neçə nüfuzlu ali təhsil müəssisələrinə sənədlərimi göndərən zaman çox əziyyət çəkdim. Bunların arasında Türkiyənin Sabancı Universitetini seçməkdə məqsədim vardı”.
Bu fikirləri "Report”a açıqlamasında Türkiyədə ali təhsil almaq üçün 56 min dollar təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyev deyib.
O qeyd edib ki, Amerikada qazandığı 4 universitetə sənədlərini özü yollamayıb: "Həmin universitetlərə sənədlərimi xarici təhsil şirkətlərindən biri yollamışdı. Ödənişlər isə həddindən artıq çox idi. Mən şərtləri belə düşünmürdüm. Həmin universitetlərdən, demək olar ki, təqaüd qazana bilmədim. Təxminən, çox az, yəni 10-15 faiz təqaüd qazandım. Bu da həmin təhsil şirkətinin səhvi idi. Ona görə də xaricdə təhsil şirkətlərinə inanmaq lazım deyil və bununla bağlı da sosial şəbəkədəki hesabımda ayrı status yazacağam”.
Y.Quliyev bildirib ki, ali təhsil müəssisələrinə sənədləri abituriyentlər özləri göndərməlidir: "Çünki tələbəni özündən yaxşı tanıyan yoxdur. Ona görə də mən gecikmişdim. Qərara gəldim ki, atamla birlikdə İstanbula gedək. Sabancı Universitetinin professor heyəti qarşısında bir saatlıq özüm haqqında təqdimat etdim. Həmin anda mənə dedilər ki, sənin 72%-lik təqaüd və yataqxana xərclərinin hamısını qarşılayacağıq. Dünən də mənə universitetdən cavab göndərildi. Halbuki təhsil şirkətlərindən mənə demişdilər ki, heç vaxt təqaüd qazana bilməzsən. Hətta 5 faizlik belə təqaüd qazanmayacaqsan. Tələbələrə müraciət edirəm ki, xarici təhsil şirkətlərinə inanmasınlar. Pul alıb sadə tələbə kimi qeydiyyatdan keçirirlər və sonradan onlar hər hansı bir təqaüd qazana bilmirlər. Sentyabrdan dərslər başlayacaq. Hesab edirəm ki, sənəd işlərimi gələn həftə üçün tam yekunlaşdıracağam”.
Qeyd edək ki, Y.Quliyev təhsilini Sabancı Universitetində "Kompüter mühəndisliyi" bölümündə davam etdirəcək.
Xatırladaq ki, 17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, "İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar