"Niyə narahat olursuz?" - Ərdoğandan İstanbuldakı seçkiyə reaksiya

img

18-04-2019 [14:45]


Türkiyə prezidenti Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticəsi ilə razı deyil.

Mia.az xəbər verir ki, o,  istanbuldakı seçki ilə bağlı lideri olduğu partiyanın sonadək mübarizə aparacağını bildirib:  "Bundan heç kəs narahat olmasın. Axı haqq uğrunda mübarizə niyə narahatlıq yaratsın ki?".

Ərdoğan deyib ki, YSK )MSK) İstanbul DSK-nın qərarını qəbul edənə qədər təkrar seçki tələblərini davam etdirəcəklər. .

Xatırladaq ki, dünən İstanbul DSK-sı Əkərəm İmamoğlunun İstanbul bələdiyyəsinin sədir seçilməsini təsdiq edərək, ona vəsiqəsini təqdim edib. Lakin hələ də YSK seçkinin yekun nəticələrini təsdqiləməyib.

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA