“Onlar bizi təhqir ediblər" - Partiya sədrindən etiraz

img

16-04-2019 [14:20]


Rusiya heç bir şərtlə Avropa Şurası Parlament Assambleyasına qayıtmamalıdır, yayda bu təşkilatdan çıxmaq lazımdır.

Bu sözləri Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.

"Heç bir şəkildə AŞPA-ya qayıtmalı deyilik. Onlar bizi təhqir ediblər. Ona görə də Liberal Demokratik Partiyasının mövqeyi belədir – AŞ-dan çıxmaq və bu təşkilatı unutmaq. Bu təşkilat tamamilə lazımsızdır. Hətta mənzil qərargahının yerləşdiyi Strasburqda belə heç kim təşkilat barədə bir şey bilmir”, - Jirinovski bildirib.

Onun fikrincə, AŞPA-nın Rusiyaya olan marağı yalnız illik 30 milyon avro həcmindəki üzvlük haqqının ödənməsindən ibarətdir.

Qeyd edək ki, Moskvanın təşkilatla münasibətləri 2014-2015-ci illərdə pisləşib. Krımla bağlı məsələdə baş verən fikir ayrılıqları Rusiya nümayəndə heyətinin bir sıra hüquqlarından məhrum olması ilə nəticələnib. Bundan sonra Rusiya təşkilatın iclaslarında iştirakı dayandırıb/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA