İstanbulu İmamoğluna təslim etmək istəmirlər - AKP təkrar seçki üçün hazırlıqları tamamladı

img

15-04-2019 [10:31]


Prezident Ərdoğanın lideri olduğu hakim AKP İstanbuldakı bələdiyyə seçkilərinin yenidən keçirilməsi üçün rəsmi hazırlıqlarını bitib. 

Mia.az xəbər verir ki,  bu barədə AKP sədrinin müavini Əli İhsan Yavud "Twitter"dəki səhifəsində açıqlama verib.

O bildirib ki,  hakim partiya fövqəladə etiraz haqqının təmin edilməsi istiqamətində bütün işləri tamamlamaq üzrədir: ""Fövqəladə etiraz haqqımızdan yararlanaraq, İstanbulda seçkilərin təkrarlanmasını istəyəcəyik" demişdik. Artıq  hazırlıqlarımızı demək olar ki, tamamladıq. Çox qısa zamanda ərziə və ona əlavə olunmuş sübutları YSK-ya (MSK) təqdim edəcəyik".

Xatırladaq ki, martın 31-də İstanbul Şəhər Bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma qalib gəlib. İlkin rəsmi açıqlamaya görə, o, AKP-li rəqibindən 14 min səs civarında üstün olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA