Zelenski Poroşenkonu ciddi fərqlə udur - Rəy sorğusu

img

11-04-2019 [18:04]


Ukraynalıların 71%-i prezident seçkisinin ikinci turunda şoumen Vladimir Zelenskiyə səs verəcəklər.

Axar.az xəbər verir ki, bu nəticə "Reytinq” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Poroşenkonu müdafiə edənlərin sayı respondentlərin cəmi 29%-ni təşkil edib.

Zelenski rəqibini ictimaiyyətin bütün yaş kateqoriyalarında üstələyib. O, daha çox şərq, cənub və mərkəzi vilayətlərində dəstəklənib.

Ölkənin qərb hissəsində namizədlərin ikisinin də səs faizləri təxminən eyni miqdarda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA