Ekvador Prezidenti: "Assanj ölüm cəzası ilə üzləşməyəcəyi dövlətə təhvil veriləcək"

img

11-04-2019 [15:48]


Ekvador Böyük Britaniyadan "WikiLeaks"in yaradıcısı Culian Assanjın ölüm hökmü ilə üzləşməyəcəyi dövlətə veriləcəyinə dair təminat alıb.

Bu barədə müvafiq bəyanatı Ekvador Prezidenti Lenin Moreno verib.

"Britaniyadan Assanjın işgəncə və ya ölüm cəzası ilə üzləşməyəcəyi ölkəyə ekstradisiya ediləcəyinə dair zəmanət tələb etdim. Britaniya hökuməti də bunu yazılı şəkildə təsdiq etdi", - bəyanatda deyilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA