Son seçki Ərdoğanı hərəkətə gətirdi - O, rəhbərlik etdiyi partiyanın bütün təşkilatlarına tapşırıq verdi

img

11-04-2019 [10:29]


Prezident Ərdoğan rəhbərlik etdiyi partiyanın (AKP) bütün şəhər, rayon və qəsəbə təşkilatlarına tapşırıq verib.

Mia.az xəbər verir ki, bu barədə AKP-nin sözçüsü Ömər Çelik açıqlama verib.

O bildirib ki, prezidentin tapşırığı ilə bələdiyyə seçkilərindən sonra yerlərdəki vəziyyət dərindən təhlil ediləcək: "Prezidentin tapşırığı ilə araşdırma başlanıb. Təşkilatlarımız yerlərdə vətəndaşlarımızın nədən məmnun olmadığını, hansı məsələlərdən narahat olduqlarını, gözləntilərini öyrənəcək. Eyni zamanda, xalqın milli ruhuna bağlı siyasi fəaliyyətimizi necə aparmalıyıq və sair kimi məqamlar araşdırılacaq və gərəkli addımlar atılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA