Ərdoğan: "Bizi diz çökdürmək istəyənlərə bunun mümkün olmadığını göstərdik"

img

10-04-2019 [17:14]


"Sərhədlərimiz boyunca yaratmağa çalışılan terror dəhlizi ilə bizi diz çökdürəcəklərini düşünənlərə atdığımız addımlarla bunun mümkün olmadığını göstərdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşı Xüsusi Təyinatlı Polis Təşkilatının yaradılmasının 174-cü ildönümü və Xüsusi Təyinatlı Polis Təşkilatının yeni binasının açılışı tədbirindəki çıxışında bildirib.

"Hazırda həbsxanalarda 30 559 FETÖ-çü var. Onlardan 20 226-sı barədə hökm çıxarılıb, 10 333-ü isə istintaq altında saxlanılır. İndiyədək polis sıralarından xaric edilənlərin sayı 31 mindən çoxdur. Ordu sıralarından xaric edilənlərin sayı 15 mini, məhkəmə sistemindən isə uzaqlaşdırılanların sayı 4 mini keçib”, - Türkiyə Prezidenti vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA