Ərdoğanla MHP sədri mətbuata qapalı görüşdü - 30 dəqiqəlik toplantıda nələr müzakirə olunub?

img

10-04-2019 [15:19]


Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı 31 mart bələdiyə seçkilərindən sonra bu gün ilk dəfə təkbətək görüşüblər.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuata qapalı baş tutan görüş 30 dəqiqə çəkib. 

Görüşdə hazırda Türkiyənin siyasi gündəmində ən aktual məsələ  olan İstanbuldakı bələdiyyə seçkilərinin olduğu bildirilir.

Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkilərdə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma 14 min civarında səs fərqi ilə qalib gəlib. Dünənsə Baxçalı və AKP rəsmiləri İstanbulda saxtakarlıq olduğunu qabardaraq, təkrar seçkinin keçirilməsi barədə anons veriblər.

Onu da qeyd edək ki, YSK (MSK) seçkinin nəticələrini ən uzağı ayın 13-dək elan etməlidir.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA