İmamoğlunun qələbəsinə xitam verilir: "İnciməyə gərək yoxdur" - Baxçalı İstanbulda təkrar seçki tarixi verdi

img

09-04-2019 [17:18]


İstanbul bələdiyyəsinə təkrar seçki keçirilə bilər.

Mia.az xəbər verir ki, bu barədə MHP sədri Dövlət Baxçalı açıqlama verib.

O, martın 31-də keçirilmiş seçkinin insanların qəlbində sual yaratdığını bəyan edib: "60 gündən sonrakı ilk bazar günü seçki keçirilə bilər. Bundan inciməyə gərək yoxdur".

Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlunun iqtidarın namizədi Binəli Yıldırıma 16 min səs fərqi ilə qalib  gəldiyi açıqlanıb.

Lakin hakim AKP və MHP buna etiraz edir, seçkidə saxtakarlıq olduğunu bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA