İstanbulda seçki gərginliyi - Polis 11189 seçici ilə bağlı əməliyyat keçirir

img

09-04-2019 [11:59]


İstanbulda bələdiyyə seçkiləri ilə bağlı gərginlik davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AKP-nin İstanbulda keçirilən  seçkilərdə saxtakarlıq olunduğu iddiası ilə bağlı bu gün səhərdən polis qüvvələri əməliyyata başlayıb.

Xatırladaq ki, AKP İstanbulda, xüsusi ilə ən çox səs itirdikləri şəhərin Böyükçəkməcə rayonunda keçirilən seçkilərdə kənar rayonlardan 11 min 186 seçicinin saxta yollarla iştirak etdiyini iddia edir: "Həmin seçicilər seçkidən xeyli əvvəl planlı şəkildə bu rayona qeydiyyata salınsalar da, faktiki bu rayonda yaşamır, işləmirlər. Bunlar bir mütəşəkkil planlamadır".

Məhz bu açıqlamadan sonra AKP-nin müraciət ilə İstanbul şəhər Polis İdarəsi bu gün səhər həmin rayonda əməliyyata start verib: "Hazırda polis həmin seçicilərin o evlərdə yaşayıb-yaşamadığını yerində müəyyən etmək üçün evləri yoxlayır". 

Qeyd edək ki, İstanbulda seçkini CHP-li namizəd Əkrəm İmamoğlu qazanıb. AKP-nin etirazlarından sonra etibarsız hesab olunan bülletenlərin sayılmasından sonra o, AKP-nin namizədi Binəli Yıldırımı 16 min səs civarında qabaqlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA