"...o zaman nəticəni gözümüz üstündə qəbul edəcəyik” - Ərdoğandan İstanbuldakı seçkiyə reaksiya

img

08-04-2019 [13:37]


Türkiyə prezidenti Ərdoğan bu gün Rusiyaya səfərə yola düşərkən Atatürk hava limanında İstanbuldakı seçki gərginliyi ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, Prezidentin sözlərinə görə, hələ İstanbuldakı seçkinin nəticəsi bəlli deyil: "Seçkidən sonra hər bir təəfin şkayət hüququ var. Və bunlar dəyərələndirlmədən kimimsə 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini udduğunu deməyə haqqı yoxdur. Nə vaxt ki, şikayətlər dəyərləndirilib, YSK tərəfindən təsdiqlənərsə, o zaman nəticəni gözümüz üstündə qəbul edərik”.

Xatırladaq ki, son məlumata görə, İstanbuldakı seçkidə CHP-nin  namizədi Əkrəm İmamoğlu AKP-nin namizədi Binəli Yıldırıma 16 min səslə qalib gəlib. Hazırda AKP-nin etirazı ilə etibarsız hesab olunan bülletenlər təkrar sayılır.  



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA