Poroşenko alkoqolizmdən analiz verdi, rəqibinə səsləndi: “Debata gəl, kişi ol” + VİDEO

img

05-04-2019 [16:11]


Ukraynada prezident seçkilərinin ikinci turunda iştirak etməyə haqq qazanan namizədlər şoumen Vladimir Zelenski və hazırkı Prezident Pyotr Poroşenko debat öncəsi qan analizi veriblər.

Bu barədə UNİAN nəşri yazıb.

Məlumata görə, Vladimir Zelenski "Avrolab” şəxsi laboratoriyasında qan verib. Zelenski lazım olan bütün proseduralardan keçdiyini və nəticələrin 3 gün sonra elektron poçtuna göndəriləcəyini deyib.

Narkotik və alkoqol testindən keçməsi üçün qandan analiz verən Ukrayna Prezidenti Petro Poroşenko isə "Olimpiya” Milli İdman Kompleksinin tibb məntəqəsinə müraciət edib. Poroşenkodan qan götürülməsi prosesi televiziyalar tərəfindən canlı yayımlanıb.

Poroşenkonun analizləri 4 tibb müəssisəsinə (2 özəl, 2 dövlət) verilib. Prezidentin qanında psixoaktiv maddələr tapılmayıb.

Qeyd edək ki, Zelenski Poroşenko ilə debat üçün Kiyev stadionu, alkoqol və narkotik analizi şərtini irəli sürüb, həmçinin debatın moderatorluğunun Batkivşina lideri Timoşenkonun etməsini istəyib.

Poroşenko ilk iki şərtə razı olub və qarşı tərəfə "Debata gəl, kişi ol” çağırışı edib/Axar.az.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA