Gürcüstan prezidentindən iddialı bəyanat: "Biz Avropa İttifaqında Britaniyanı əvəzləməliyik"

img

05-04-2019 [15:54]


"Gürcüstan Avropaya inteqrasiya prosesini inkişaf etdirərək Avropa İttifaqı (Aİ) üzvlüyünə nail olmaq üçün Böyük Britaniyanın Aİ-ni tərk etməsindən istifadə etməlidir".

Bunu "Bloomberg”ə Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

"Mövcud vəziyyətə baxıb mümkün qədər ondan faydalanmaq niyyətindəyik”, - deyən dövlət başçısı Avropaya doğru ardıcıl olaraq irəliləyən bir ölkəyə Avropadan getdikcə uzaqlaşan ölkədən daha ögey münasibətin məntiqli olmadığını diqqətə çatdırıb.

"Avropa daim ciddi böhranlar sayəsində müvəffəqiyyətlərə nail olub”, - deyən Gürcüstan Prezidenti Aİ qapısını açmaq üçün "Brexit”in yaratdığı fürsətdən yararlanmağın vacibliyini dilə gətirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA