Türkiyənin səs alan yeganə kommunisti: "Qərarı vermirlər" - Səbəb nədir?

img

04-04-2019 [23:38]


Tuncelidə bələdiyyə sədri seçilən Türkiyənin tək kommunisti Fatih Mehmet Maçoğlu rayon Seçki Komissiyasından seçildiyini təsdiq edən qərarı ala bilmir.

Mia.az xəbər verir ki, bu gün qərarı almaq üçün seçki komissiyasına gedən Maçaoğluya "Qərar sizə söyləyə bilməyəcəyimiz təhlükəsizlik səbəbi ilə verilmir", - deyilib.

Maçoğlu bununla bağlı yerli mətbuata açıqlama verib. 

O deyib ki, bu gün qərarı alıb, vəzifəsinin icrasına başlayacaqdı: "Ancaq qeyd etdiyim kimi, mənə və mənimlə birlikdə gedən heyətə belə deyildi. 5 gündür eyni vəziyyətdir. Bu gün də 9.30-a qərarı verəcəklərini dedilər. Amma gördüyünüz kimi, gəldim. Yenə də eyni cavab verildi. Halbuki, seçki kampaniyası boyu təhlükəsizliklə bağlı heç bir problem olmayıb".

Kommunist yeni sədr deyib ki, qanuna görə yeni seçilmiş sədr kimi bu gün ilk iclası keçirməliymiş: "Vəzifəni ihmal etmək suçdur. Rayon seçki Komissiyası vəzifəsinə düzgün yanaşmır. Bunu xalqın vicdanına buraxıram. Əgər bu vəziyyət davam edərsə, rəsmi şikayət edəcəyik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA