"Haradan baxsan, bir vicdansızlıq var" - Məşhur aparıcıdan seçkiyə sərt reaksiya

img

04-04-2019 [11:58]


"FOX TV"nin məşhur aparıcısı, prezident Ərdoğanın sərt tənqidçisi Fatih Portakal AKP-nin etirazı səbəbi ilə YSK-nın İstanbuldakı seçkinin nəticələrinin yenidən sayılması qərarına özünəməxsus reaksiya verib.

Mia.az xəbər verir ki, o, sosial media hesabından Yüksək Seçki Kurulunun (YSK) İstanbulda təkrar səs sayılması haqda qərarını kəskin tənqid edib: "Bu necə bir YSK davranışı? İstanbulda səslərin təkrar sayılmasına icazə verilir, ancaq Balıkesirdə İYİ Partiyanın, Muşda isə HDP-nin etirazlarına baxmayaraq, belə bir izn verilmir?!  Axı bu icazənin verilməməsinin səbəbi nə ola bilər?  Haradan baxsan, bir hüquqsuzluq, haradan baxsan, bir vicdansızlıq var".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA