İstanbulda seçki gərginliyi: YSK daha 17 rayonda səslərin təkrar sayılmasına qərar verdi

img

03-04-2019 [17:30]


İstanbul bələdiyyəsinə keçirilmiş seçkilər böyük gərginliyə yol açıb.

Mia.az bildirir ki, dünən YSK-nın qərarı ilə 8 rayonda səslərin təkrar sayılmasına başlanılmışdı.

Bu gün isə YSK AKP-nin etirazı ilə 16 rayonda etibarsız elan edilmiş, bir rayonda isə bütün səslərin yenidən sayılmasına qərar verib.

Bununla da daha 17 rayonda səslər yenidən sayılmağa başlayıb.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu 27 mindən artıq səslə Yıldırıma qalib gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA