Pentaqon sözçüsü: "Türkiyə pilotları Lukedə təlimləri davam etdirir"

img

03-04-2019 [16:20]


Türkiyə pilotları və texniki xidmət heyəti ABŞ-ın Luke hərbi hava bazasında təlimləri davam etdirir.

Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü, polkovnik-leytenant Maykl Endryus bildirib.

Lakin o, 2019-cu ilin noyabrında Pentaqonun Türkiyəyə göndərməyi planlaşdırdığı "F-35” qırıcıları üçün hazırlıq işləri və təyyarələrin ehtiyat hissələrinin tədarükünün dayandırılmasından bəhs olunan təlimləri əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Pentaqon sözçüsünün çıxışından 7 saat əvvəl Oklahoma ştatından respublikaçı-senator Ceyms İnhof isə bildirmişdi: "Luke bazasında türklər üçün "F-35”lərlə bağlı təlimləri dayandıracağımıza dair qərar qəbul edilib”.

Qeyd edək ki, ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Keti Uilbarger "F-35" təyyarələrinin Türkiyəyə tədarükü üzrə hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirdiyini bildirmişdi. Başqa bir xəbərə əsasən, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA