Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında səs fərqi qapanıb? - İlkin açıqlama

img

03-04-2019 [15:27]


Xəbər verdiyimiz kimi, İstanbulun 8 rayonunda bələdiyyə seçkilərinin nəticələri təkrar sayılır.

Mia.az Haberlər.com-a istinadla xəbər verir ki, AKP-nin etirazı ilə başlayan təkrar səssaymadan sonra Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında səs fərqi qapanıb.

CHP-nin İstanbul şəhəri üzrə deputatı Ali Şeker isə belə bir açıqlama yayıb: "Son YSK bilgisinə görə, İmamoğlu 20.689 səs öndədir".

Hazırda isə səs sayımının davam etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəlki xəbərdə səslər arasındakı fərqin 21 min 502-yə düşdüyü açıqlanmışdı. 

YSK-nın ilkin açıqladığı rəsmi nəticələrdə isə fərqin 27 min 889 olduğu vurğulanmışdı.

Qeyd edək ki, YSK təkrar səssaymadan sonra hələ də rəsmi nəticəni açıqlamayıb.  

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA