"Zelenski qalib gəlsə, Ukraynaya qayıdacam" - Saakaşvili

img

03-04-2019 [11:49]


Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıtması üçün şərtini açıqlayıb.

O, Gürcüstanın "Rustavi-2” televiziyasına müsahibəsində deyib ki, Ukraynada inqilab baş verib.

M.Saakaşvili bildirib ki, prezident seçkisinin ikinci turunda Vladimir Zelenski qalib gəlsə, Ukraynaya qayıdacaq. Keçmiş dövlət başçısı vurğulayıb ki, heç bir yüksək siyasi post tutmağı planlaşdırmır.

Qeyd edək ki, martın 31-də Ukraynada keçirilən prezident seçkisinin birinci turunda qalib müəyyənləşməyib. İkinci turda Vladimir Zelenski ilə hazırkı prezident Petro Poroşenko mübarizə aparacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA